Bağbanlar ərazidə daha çox gəlir gətirən meyvə ağaclarını əkməyi planlaşdırır
Qubada bəzi təsərrüfatçılar bu il alma ağaclarının kütləvi şəkildə kəsilməsinə qərar veriblər.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, buna səbəb isə məhsulun alıcılıq qabiliyyətinin aşağı düşməsidir.
Təsərrüfatçıların bəziləri əldə etdikləri məhsulu soyuducu anbarda saxlamağa çalışsa da, bir çoxları isə hələ də meyvəni ağacdan toplamayıb. Bundan savayı keyfiyyətsiz dərmanlar səbəbindən bağlarda bir sıra xəstəliklərin yayılması da ağacların qurumasına səbəb olub.Nəticədə fermerlər ağacları kökündən çıxarmaq qərarına gəlib.

Bağ sahibləri alma ağaclarını kəsdikdən sonra ərazidə son illər daha çox gəlir gətirən şaftalı, gavalı və alça ağaclarını əkməyi planlaşdırır.
Mənbə: Milli.Az