Qadin.NET / Tovuzda qeyri-adi uşaq

Tovuzda qeyri-adi uşaq

 

 

Müasir dövrdə insanlar gözlərinin rəngini müxtəlif yollarla dəyişməyə can atırlar. Amma Tovuzda yaşayana qızın anadan olandan bir gözü mavi, digəri isə qara olub. Milli.Az Kəpəz 
TV-yə istinadən xəbər verir ki, 3 il öncə Tovuzda, Əliyevlər ailəsində dünyaya göz açan qızcığaz valideynlərini sevindirdiyi qədər, həm də təəccübləndirib. Gözlərinin rəngi fərqli olan Zəhra Əliyevanın valideynləri əvvəlcə uşaqda görmə probleminin olmasından qorxublar. Ancaq məlum olub ki, bu hal görmə qabiliyyətinə təsir etmir. 3 yaşlı qızın fərqli rəngdə gözləri onu görənlərin marağına səbəb olur. Qeyd edək ki, gözlərin rəngi quzehli qişanın melanin adlı piqmentindən asılıdır. Bu piqmentin miqdarı çox olarsa, gözlərin rəngi tünd, az olarsa, açıq, yəni mavi və yaşıl olur. 

Tovuzda qeyri-adi uşaq

 

Tovuzda qeyri-adi uşaq

 

Tovuzda qeyri-adi uşaq

 

 

Mənbə: Milli.Az

6 yanvar 2015
GO BACK