Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, 08-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.Havanın temperaturunun 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, 8-i gün ərzində 0°-yə yaxın, axşama doğru 2°-dək şaxta, 09-u gün ərzində 0°-yə yaxın, 09-10-da gecə saatlarında 4°-dək şaxta olacağı ehtimalı var.Azərbaycanın rayonlarında isə bu proses 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. 10-nunadək fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Mənbə: Milli.Az