Qadin.NET / Avtomobillərin texniki baxışında yeniliklər

Avtomobillərin texniki baxışında yeniliklər

 

Bu ildən başlayaraq sürücülər nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız baxışa görə dövlət rüsumu ödəyəcəklər. Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz Regional Şöbəsindən verilən məlumata görə, nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş ediləcək. 
Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular, o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular üçün isə 10 manat nəzərdə tutulur.Avtomobillərin texniki baxışın dövrülüyü isə əvvəlki kimi qalır. Minik avtomobilləri, maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilləri və motosikletlər istehsal ilindən sonrakı 5, 7, 9, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir. 
Mənbə: Milli.Az

 

6 yanvar 2015
GO BACK