Qadin.NET / "Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb

"Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb

 

Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 8 153 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir. Yanvarın 5-ə olan məlumata görə, daha 20 656 nəfər virusa yoluxub. 

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb. Həmçinin Nigeriyada 8, Malidə - 7, ABŞ-da isə 1 nəfər "Ebola"nın qurbanı olub.
Mənbə: Milli.Az

 

6 yanvar 2015
GO BACK