Qadin.NET / Gün var əsrə bərabər: Ötənləri yada salaq

Gün var əsrə bərabər: Ötənləri yada salaq

 

1992-ci ilin bu günü qondarma "Dağlıq-Qarabağ Respublikası"nın yaradıldığı elan edilib

Milli.Az ans press-ə istinadən yanvarın 6-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 6 yanvar 2015
Hicri: 14 Rəbiyəl-əvvəl 1436
İlin 06-cı günü
İlin sonuna 359 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr - 06.48
Günəş - 08.04
Zöhr - 12.50
Əsr - 15.32
Məğrib - 17.44
İşa - 19.05
1367 — İngiltərə kralı II Riçard anadan olub.
1412 — Fransanın milli qəhrəmanı Janna d'Ark anadan olub.
1579 — Arrass uniyası imzalanmış, Niderlandın birləşmə prosesi başlayıb.
1810 — İstanbul sülh sazişi imzalanıb. Sazişə əsasən, Osmanlı dövləti Krımı Rus İmperiyasına verib.
1838 — Samuel Morze teleqrafı təqdim edib.
1884 — genetikanın əsasını qoymuş alman alim Qreqor İohan Mendel vəfat edib.
1909 — Azərbaycanın xalq artisti İsmayıl Dağıstanlı anadan olub.
1918 — alman riyaziyyatçı, Çoxluqlar nəzəriyyəsinin banisi Georq Kantor vəfat edib.
1918 — SSRİ-də ÜMİK Müəssisələr məclisinin buraxılması haqqında dekret qəbul edib.
1919 — ABŞ prezidenti, 1906-cı ildə Nobel Sülh Mükafatı laureatı Teodor Ruzvelt vəfat edib.
1926 — Almaniyanın Lufthansa şirkəti təsis edilib.
1929 — sovet kimyaçısı Dmitri Konovalov vəfat edib.
1930 — Stalinin fərmanı ilə SSRİ-də fərdi təsərrüfat sistemi ləğv edilib. Eyni zamanda "Yeni İqtisadi Siyasət" dövrünün sona çatdığı da elan olunub.
1935 — Türkiyədə "Milliyet" qəzeti nəşrə başlayıb.
1937 — Keçmiş SSRİ-də əhalinin ikinci siyahıyaalınması keçirilib.
1938 — italyan kinoaktyor, estarada müğənnisi, rejissor Adriano Çelentano anadan olub.
1945 — sovet alimi, mütəfəkkir, noosfera haqqında təlimin banisi Vladimir Vernadski vəfat edib.
1955 — ingilis aktyor, rejissor və ssenarist Rouen Atkinson anadan olub.
1962 — Aktrisa Mərziyə Davudova vəfat edib.
1967 — Vyetnam müharibəsi başlayıb.
1984 — Türkiyədə valyuta mübadiləsi sərbəstləşdirilib.
1992 — Azərbaycan torpaqlarının işğalı hesabına qondarma "Dağlıq-Qarabağ Respublikası"nın yaradıldığı elan edilib.
2005 — Kamil Əliyevin yaratdığı şəxsi xalça muzeyinin açılış mərasimi keçirilib. 

Mənbə: Milli.Az

 

6 yanvar 2015
GO BACK