Qadin.NET / Azərbaycanda yenilik: böyük mənzil böyük xərcə döndü

Azərbaycanda yenilik: böyük mənzil böyük xərcə döndü

 

Yeni ildən evlərə çoxlarının hələ öyrəşmədiyi, uzun müddət insanların anlaya bilməyəcəyi vergi gəlib. Evin nə qədər böyükdürsə, o qədər çox xərcə düşəcəksən

İqtisadçı Rövşən Ağayev Milli.Az-a açıqlamasında bildirdi ki, Vergilər Məcəlləsində dəyişiklik edilib və yanvarın 1-dən əmlak vergisi üçün yeni qaydalar qüvvəyə minib. Artıq hər kvardratmetr üçün vergi hesablanacaq. Köhnə qaydalar o qədər də təkmil deyildi.
Ekspertin sözlərinə görə, köhnə qaydalara görə bələdiyyələrə ödəniləcək əmlak vergisi evin inventar dəyəri reyestr xidməti tərəfindən müəyyən edilmiş, çıxarışı olan evlər və mənzilər üçün idi. Əgər evin dəyəri məlum idisə, əmlakın 5000 manatına qədər məbləğə vergi tutulmur, ondan yuxarı sahə üçün isə vergi alınırdı. Bunun üçün illik 0,1 faizi müəyyənləşdirilirdi, çıxarışı olmayan evlərdən bələdiyyə heç bir ödəniş tələb edə bilməzdi. Yeni, hazırda qüvvəyə minmiş qaydalarla kənd yerləri, rayon mərkəzləri və Bakı şəhərində ödəniləcək əmlak vergisi fərqli olacaq. Hər bir ev üçün kənddən və Bakı şəhəri üçün 10-40 qəpik arası müəyyənləşdiriləcək. Yeni qaydalara görə, mənzilin 30 kvadratmetrə qədərinə vergi tutulmayacaq. Vergi hesablanarkən mənzilin ümumi sahəsindən 30 kvadratmetr çıxılacaq və yerdə qalan sahəni kənd yeridirsə 10, Bakı şəhəridirsə minimum 40 qəpiyə vuraraq əmlak vergisi tutulacaq. Bakı şəhərlər arasında yeganə istisnadır ki, baza vergi məbləğinə 1/7 əmsal tətbiq olunmaq ixtiyarı verilib. Məsələn, 40 qəpiyə qarşı 68 qəpik tətbiq edilə bilər.
Millət vəkili Tahir Rzayev Milli.Az-a yanvarın 1-dən qüvvəyə minmiş qanunvericiliklə bağlı açıqlama verdi. Bildirdi ki, evlərin kvadratı ölçüləcək, və ona görə də vergi alınacaq:
“30 kvadrametrə qədər balansdır, ondan artığına isə şəhər və kənd qiymətlərinə uyğun olaraq vergi alınacaq. Evlərin sahəsi hesablanandan sonra ev və mənzil sahiblərindən ödənişlər alınaraq qəbz veriləcək və həmin məbəğ banka keçiriləcək. Vergi ildə bir dəfə olacaq. Şəhər evləri üçün minumum məbləğ 40 qəpikdir”.

Anar Məmmədov.
Mənbə: Milli.Az

 

6 yanvar 2015
GO BACK