Qadin.NET / Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb

Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb

 

Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb

Gürcüstanda uçqun təhlükəsi ilə əlaqədar olaraq Rusiya və Ermənistana olan nəqliyyatın hərəkəti dayandırlıb.ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri yanvarın 5-də Gürcüstanın regionların inkişafı nazirliyinin avtoyol departamenti yayıb.
Qurumun xəbərində bildirilir ki, Hərbi-Gürcü yoluna aid edilən Pasanuri-Mleta-Qudauri-Kobi avtomagistralının 50-ci kilometrliyində Gürcüstanla Rusiyanı birləşdirən Msxeta-Stepansminda-Lars yolu uçqunların baş verməsi təhlükəsi ilə əlaqədar olaraq bütün növ maşınlar üçün bağlanıb. Qeyd olunan magistral Ermənistanın Rusiya ilə olan yeganə quru yoludur.Bundan əlavə uçqunların baş verməsi təhlükəsi ilə əlaqədar olaraq hələ də Dəryal dərəsi yolunda 134 və 135-ci kilometrlər arasında maşınların saxlanılmasına qadağa qoyulub.
Avto nəqliyyatın hərəkəti polis patrullarının nəzarəti altında keçirilir. 

 

Mənbə: ANS PRESS

6 yanvar 2015
GO BACK