
Professorun sözlərinə görə, bu cür xəstəlikləri olan insanların sağlamlıqları pozulur: “Maqnit fırtınalarına həssaslıq da müxtəlifdir. Bəzi insanlar bunu əvvəlcədən hiss edir, bəzi insanlarda isə maqnit fırtınaları baş verdikdən sonra bunu hiss edirlər. Əksər ölkələrdə həmin şəxslər dispanserlərin qeydiyyatındadırlar”.A. Məmmədov vurğulayıb ki, hamilə qadınlar, süd verən analar, xəstəlik keçirmiş insanlar və kiçik yaşlı uşaqlar daha çox soyuqdəymə xəstəliklərinə tutulurlar: “Vətəndaşlar həyat tərzini tənzimləməlidirlər. Qidalanmaya və geyimə diqqət yetirməlidirlər. İnsanlar streslərdən qorunmalıdırlar”.
Mənbə: Milli.Az