Qadin.NET / Yeri yeni maqnit qasırğası gözləyir

Yeri yeni maqnit qasırğası gözləyir

 

 

Amerika Milli Aerokosmik Agentliyinin (NASA) əməkdaşları Günəşdə nəhəng dəlik tapıblar. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, həmin dəliyin fotosu kosmik agentliyin Twitter mikrobloqunda yerləşdirilib. 
Fotodan da görünür ki, Günəşin cənub qütbündə qara dəlik var. Həmin dəlikdə temperaturun aşağı olduğu deyilir. Bu cür tacvari dəliklər xüsusi peyklər vasitəsi ilə çəkilir. 
Elm aləmində belə bir fikir var ki, Günəşdə yaranan tacvari dəliklər Yerdə maqnit qasırğasına və qütb işıldamalarına səbəb ola bilir. 

Mənbə: Milli.Az

5 yanvar 2015
GO BACK