Qadin.NET / Rubl və neft yenidən düşür

Rubl və neft yenidən düşür

2015-ci ilin ilk hərrac günündə rublun qiyməti dollar və avroya nisbətdə aşağı düşüb. Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, Moskva birjasının məlumatları bunu deməyə əsas verir. Saat 10:01-ə olan məlumata görə, dolların kursu 58.9 olub. Bu isə 2.9 qəpik bahadır. Avronun qiyməti isə 3.4 rubl bahalaşıb. Moskva birjalarında bir avro 71.8 rubla satılıb. Birjaların məlumatlarına görə, dünya bazarlarında neftin də qiyməti aşağı düşür. Saat 09:40-a olan məlumata görə, London birjasında Brent neftinin qiyməti 1.56% aşağı düşüb. Bir barrelinə görə 55.58 dollar verilib. 
Nyu-York birjasında WTI markalı neftin qiyməti isə 1.86% düşərək 51.71 dollara satılıb. 

Mənbə: Milli.Az

5 yanvar 2015
GO BACK