Qadin.NET / Türkiyədə dərslərə fasilə verildi

Türkiyədə dərslərə fasilə verildi

 

 

Türkiyənin Kütahya şəhərində güclü qar yağması səbəbindən məktəblərdə dərslər birgünlük təxirə salınıb.Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
Məlumata əsasən, bəzi iş yerləri də birgünlük bağlanıb.
Artıq bir həftədir ki, Türkiyənin bir çox şəhərlərində qeyri-sabit hava şəraiti hökm sürür. Bununla əlaqədar bəzi dəniz reysləri, daxili və beynəlxalq uçuşlar təxirə salınmışdı.

Mənbə: Milli.Az

5 yanvar 2015
GO BACK