Qadin.NET / Azərbaycan Rusiyanı darmadağın etdi

Azərbaycan Rusiyanı darmadağın etdi

 

Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnir davam edir.Qol.Az-ın məlumatına görə, U-19 milli komandamız bu gün növbəti matçına çıxıb.

 

Yığmamız Rusiya-2 komandası ilə qarşılaşıb. İlk görüşdə Yaponiyaya 1:0 hesabı ilə qalib gələn Nikolay Adamın komandası ikinci matçında da qələbə qazanmaqla növbəti mərhələyə adlamaq niyyətində idi ki, yığmamı bu işin öhdəsindən gəlməyi bacarıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn komandamız qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib.
4 yanvar
F qrupu, II tur

16:30. Rusiya-2 - Azərbaycan - 2:4 
Qollar: 
Artyom Qaladjan 10 (1:0), İlkin Sadıqov 30 (1:1), Elnur Cəfərov, 50 (1:2), İlkin Sadıqov, 59 (1:3), Mahir Mədətov, 75 (1:4)

Mənbə: Milli.Az

5 yanvar 2015
GO BACK