Qadin.NET / Bu günün tarixi (03.01.2015)

Bu günün tarixi (03.01.2015)

 

Bu günün tarixi (03.01.2015)


Miladi: 3 yanvar 2015
Hicri: 12 Rəbiyəl-əvvəl 1436
İlin 03-cü günü
İlin sonuna 362 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.46 
Günəş - 08.02 
Zöhr - 12.45
Əsr - 15.25 
Məğrib - 17.37 
İşa - 18.59
e.ə.106 — məşhur Roma natiqi, filosof və siyasi xadim Mark Siseron anadan olub. (ö. e.ə.43).
1431 — Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna D Arkı ingilis kralının nümayəndəsi keşiş Koşona 10 min franka satır.
1491 — hüquqşünas Pyotr Ravenskiyə əsəri "Feniks"i çap etdirməyə hüquq verən sənəd verilir. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır.
1501 — Özbək şair, filosof və dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin MirСЂ) vəfat edib.
1804 — Gəncə Rusiya qoşunları tərəfindən işğal olunur.
1868 — Yaponiyanın imperator şurasının iclasında imperator hakimiyyətinin bərpası haqqında manifest qəbul edilir. Sasuma və Tyoysyunun qoşunları Kiotodakı imperator sarayını tutur və Meydzi imperator hakimiyyətinin bərpasını elan edirlər.
1888 — Vaşinqtonda M.Stoun adlı bir nəfər kokteyl üçün çubuq patentləşdirir. Ona qədər o kağızdan hazırlanırdı.
1909 — Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə anadan olub. (ö. 1974).
1924 — Tutanhamonın qəbri tapılandan sonra ingilis ekspediyası onun qızıl tabutda mumiyalanmış cəsədini tapır.
1934 — SSRİ-də təyyarələrin radiolokasiya ilə yerinin müəyyənləşdirilməsi üçün uğurlu sınaq keçirilir.
1938 — azərbaycanlı jurnalist Gülarə Qədirbəyova vəfat edib.
1956 — Avstraliya kökənli Amerika aktyoru və rejissoru Mel Qibson anadan olub.
1962 — Roma Papası Fidel Kastronu kilsədən ayırır.
1969 — məşhur Formula-1 yarışmasının pilotu. yeddi dəfə dünya çempionu Mixael Şumaxer anadan olub.
1993 — Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanır.

Mənbə:ANS PRESS

 

3 yanvar 2015
GO BACK