Qadin.NET / Keçəlliyin də dərmanı tapıldı

Keçəlliyin də dərmanı tapıldı

 

Təsadüfi kəşf minlərlə insanı keçəllik bəlasından xilas edə bilər. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu zaman qan hüceyrələri yardıma gələcək. 
Xərçəng xəstəliyini öyrənən mütəxəssislər siçanlar üzərində iltihab əleyhinə preparatları sınaqdan keçirəndə təəccübləniblər: siçanların yeni xəzi peyda olub. Alimlər bunun səbəbini araşdırmağa qərar veriblər. 
Məlum olub ki, xəzin çoxalması prosesi makrofaqlarla əlaqəlidir. Makrofaqlar infeksiya və viruslarla mübarizə üçün immun sisteminin yaratdığı ağ qan hüceyrələri olan monositlərin törəmələridir. 
Madriddəki İspaniya Milli Tədqiqat Mərkəzində bu kəşfi edən həkim Mirna Peres-Morenonun sözlərinə görə, makrofaqlar yaxınlıqdakı tüklərin bitməsinə cavabdeh olan kök hüceyrələrini aktivləşdirirmiş. 
Bu o deməkdir ki, follikulları hətta 5000 funt-sterlinqdən də baha başa gələn tüklərin əkilməsi prosesi olmadan da stimullaşdırmaq olar. 
Bu sahədə öncəki tədqiqatlar dəridə tüklərin böyüməsinə səbəb olan siqnalları identifikasiya etsə də, məhz hansı hüceyrələrin buna cavabdeh olduğu sualı açıq qalmışdı. 
Tədqiqatı aparanlar hesab edirlər ki, onların kəşfi hüceyrələrin regenerasiyasında, qocalıqla, keçəlliklə və xərçənglə mübarizədə yeni metodların yaranmasına böyük köməklik edəcək. 

Mənbə:Milli.Az

 

3 yanvar 2015
GO BACK