Qadin.NET / Şərab ömrü uzadır?

Şərab ömrü uzadır?

 

Alimlər deyirlər ki, qırmızı şərab ömür sürəyini artıra bilər. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qırmızı üzümdə, qaragilədə, kakao dənələrində olan resveratrol insanların ömrünü uzatmağa qadirdir. 
Alimlər təxmin edirlər ki, bu maddə insanın qoruyucu enzimini (və ya fermentini - canlı orqanizmlərdə kimyəvi reaksiyaları sürətləndirən zülal molekulları, yaxud RNT molekulları və ya onların kompleksi) imitasiya etdiyi üçün onun ömrünü uzada bilər. Yəni beləliklə, bir neçə qədəh qırmızı şərab insanın ömrünü uzadar. 
"Təbiət" jurnalında dərc olunan məqalə resveratrolun necə təsir etdiyi barədə bütün mübahisələrə son qoyub. 
Siçanlar üzərində əvvəllər keçirilən tədqiqat göstərmişdi ki, resveratrol onların ömrünü uzadıb, dözümlülüyünü artırıb. Həmçinin onlarda diabetin inkişafını dayandırıb. Lakin bu hipotezin tənqidçiləri dedilər ki, tədqiqat zamanı maddənin "real olmayacaq dərəcədə çox" dozasından istifadə olunub. Bu dozanı isə insan gündəlik həyatında ala bilməz. 
Məhz bu səbəbdən yeni tədqiqatı aparan alimlər dozanı əvvəlkindən 1000 dəfədən də çox azaltdılar. Lakin bu zaman onlar resveratrolu TyrRS adlı fermentlə birləşdirdilər (hüceyrələrin nüvələri stress vəziyyətində olarkən TyrRS fermenti onlarla əlaqəyə girir). 
Məlum oldu ki, resveratrol TyrRS fermenti ilə birlikdə PARP-1 adlı zülalı aktivləşdirən tirozinin istehsalına təsir edir. Bu zülal isə öz növbəsində DNT-nin reparasiyası faktoruna malikdir ki, bu da ömür sürəyinə ciddi təsir edir. 

Mənbə:Milli.Az

 

2 yanvar 2015
GO BACK