Qadin.NET / Metastaz niyə yaranır?

Metastaz niyə yaranır?

 

Bədəndə yayılmıq üçün xərçəng hüceyrələri ilk növbədə xəstə hüceyrəni sağlam hüceyrələrlə birləşdirən zülal bağlarını parçalamalıdır. Alimlərin fikrincə, bu prosesin qarşısını almağa yönələn preparat hazırlanarsa, o zaman ağciyər xərçənginin yayılmasının, metastazın qarşısını almaq mümkün olar. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Mançester Universitetinin alimləri ilk dəfə xərçəng hüceyrələrinin qonşu hüceyrələrlə bağları qıraraq bütün bədənə yayılmasını əyani göstərə biliblər. Bunun üçün onlar qida maddələrinin hüceyrədə sirkulyasiya prosesini həddən artıq aktivləşdiriblər.  
Hüceyrələri bir yerdə tutan elementlərə TİAM1 zülalı "nəzarət edir". Əgər hüceyrələrin yaşamını təmin edən proseslər pozularsa, zülal parçalanır. 
Məlumdur ki, sağlam hüceyrələr daim köhnə hissələrini ayırır ki, onlar parçalanaraq emal olunsun. Xərçəng hüceyrələrində isə bu proses nəzarətdən çıxır və TİAM1 zülal bağlarının çox hissəsi tələf olur. Əgər bu mexanizmi normada saxlamaq mümkün olarsa, o zaman ağciyər xərçəngi yayılmayacaq, hüceyrələr də bir-birindən aralanmayacaq. 

Mənbə:Milli.Az

 

3 yanvar 2015
GO BACK