Qadin.NET / Bayram Bakıda həkimlərə dinclik vermədi

Bayram Bakıda həkimlərə dinclik vermədi

 

Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayında artım müşahidə olunub. Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
Onun sözlərinə görə, adi günlərdə Bakıda gün ərzində təxminən 1800 çağırış olursa, bayram günlərində bu çağırışlar 2000-ə yaxın olub. O.Şahmalıyev qeyd edib ki, artımın səbəblərindən biri adi tibb müəssisələrinin bayram günlərində işləməməsidir.
O.Şahmalıyev əlavə edib ki, adi günlərdə olduğu kimi müraciətlər, əsasən, ürək-damar xəstəlikləri ilə bağlı olub.

Mənbə:Milli.Az

 

2 yanvar 2015
GO BACK