İranın cənubunda 5,1 bal gücündə zəlzələ olub.
Milli.Az Reuters-ə istinadən bildirir ki, ABŞ Milli Geologiya Xidmətindən verilən məlumata görə, zəlzələnin episentri Firuzabad şəhərindən 68 km cənuö-qərbdədir.
Zəlzələnin ocağı 10 km dərinlikdə idi.
Dağıntılar və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mənbə:Milli.Az