"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə görə, gələn ildən spirtli içkilərin dəyərində aksiz dərəcələrinin payı artırılacaq: içməli spirt, araq, likör, tünd içkilərdə aksizin payı 2 manat, konyakın və konyak məmulatlarının dəyərində 6 manat, şampan şərabının dəyərində 2,5 manat, pivənin və digər pivə içkilərinin dəyərində isə 0,2 manat olacaq.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hazırda spirtli içkilərin dəyərində aksizin payı belədir: içməli spirt - 0,8 manat, araq, likör, tünd içkilərdə - 0,5 manat, konyakın və konyak məmulatlarının dəyərində 0,2 manat, şampan şərabının dəyərində 0,2 manat, pivənin və digər pivə içkilərinin dəyərində 0,08 manat, şərab və şərab materiallarının dəyərində isə 0,1 manat.
Dəyişikliklərə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 100 ədədinin dəyərində aksizin payı 10 manat, siqaretlər və onların əvəzləyiciləri üçün isə hər min ədədinə görə 4 manat müəyyən ediləcək.
Hazırda bütün növ tütün məmulatlarının dəyərində aksizlərin payı 12,5 faiz təşkil edir.