Qadin.NET / "Qalatasaray"lılara bəd xəbər

"Qalatasaray"lılara bəd xəbər

"Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder qış transfer pəncərəsi dönəmində komandadan ayrılacaq.Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçunun İstanbul təmsilçisindən ayrılmaq istədiyi bildirilir.29 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Mançester Siti" və "İnter" klubları yaxından maraqlanır. Sneyderin yanvar ayından hansı komandada oynayacağı maraqla gözlənilir. Təcrübəli futbolçunun "Qalatasaray"da qalacağı da istisna olunmur.Qeyd edək ki, "Qalatasaray"da ilinə 3,2 milyon avro qazanan Sneyderin komandasıyla 2016-cı ilə qədər müqaviləsi var. 

Mənbə: Milli.Az

29 dekabr 2014
GO BACK