Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, vebkameralar vasitəsilə imtahan prosesini canlı izləmək mümkündür. “Livestream” saytı (http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.
Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrinə uyğun olaraq, ADİU-da keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub. Onlar imtahan prosesində müşahidəçi qismində iştirak edirlər.
İmtahan sessiyasında tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin qaynar xəttinə (146-1-3) müraciət etmək mümkündür.