Qadin.NET / Valideynlərə bayram xəbərdarlığı

Valideynlərə bayram xəbərdarlığı

 

"Bayram günlərində ən çox müraciət mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur” 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası vətəndaşlara müraciət edib. Stansiyanın böyük həkimi Zemfira Vahidova lent.az-a bildirib ki, hər il bayram günlərində təcili yardıma müraciət edənlərin sayı artır: “İstər yeni il, istərsə də Novruz bayramında təcili yardıma müraciət edənlərin sayında artım müşahidə olunur. Bu da düzgün qidalanmama ilə bağlıdır”. 
Z. Vahidova vətəndaşlara qidalarına fikir verməyi, qidalanmaya düzgün əməl etməyi məsləhət görüb: “Xüsusən də valideynlər diqqətli olmalıdırlar. Böyüklərlə yanaşı, uşaqlarda da mədə-bağırsaq problemi olur. Bayram günlərində ən çox müraciət də məhz mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur”.

Mənbə:Milli.Az

 

29 dekabr 2014
GO BACK