Qadin.NET / Bəxtəvərlikləri boylarından artıq oldu

Bəxtəvərlikləri boylarından artıq oldu

 

 

Onlar balacaboydurlar və cırtdan sayılırlar. "Ağcaqız və 7 cırtdan" nağılının səhnələşdirmələrində çalışırlar.
Natan və Lora Uitfildlər belə səhnəciklərdən birində çalışırdılar.35 yaşlı Natan "Deyingən", 24 yaşlı Lora isə "Tənbəl" cırtdan rolunu oynayırdılar.
Tanış olandan sonra bir-birlərinə aşiq olan cırtdan Natanla Lora evləniblər.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Sanderlend şəhərində yaşayan bu ailədə indi Natan adlı oğul da böyüyür. Balaca Natan ötən ay anadan olub.Loranın dediyinə görə, hamilə qalanda həkimlər ona doğuşun çox çətin olacağını demişdilər.
"Onların sözlərinə görə, cırtdan olduğum üçün doğuş riskli idi. Bətnimdəki uşağın ölə biləcəyini söylədilər. Amma qətiyyətli idim, ana olmaqda qərarlıydım. Tanrınün lütfü sayəsində Natan anadan oldu. Sağlam, gözəl uşaqdır", - Lora Uitfild deyib.
Loranın sözlərinə görə, çox utancaqdır və bu səbəbdən də Natanla tanış olanda nə deyəcəyini bilmirdi: "O, çox yaraşıqlı kişidir. Mənə diqqət yetirdiyini anlayanda sevindim. Amma ona yaxınlaşa bilmirdim. Utanırdım".
 Mənbə: Milli.Az
29 dekabr 2014
GO BACK