Rusiya prezidenti Putin hərbi doktrinanın yeni variantını təsdiq edib.ANS PRESS-in məlumatına görə, Rusiyanın Təhlükəsizlik Şurasının saytında dərc olunan mətndə deyilir ki, hərbi təhlükələrin və hərbi hədələrin informasiya məkanına və Rusiyaya müdaxilə riski mövcuddur.Əsas kənar hərbi təhlükələrə NATO-nun güclənməsi və Rusiya sərhəddinə yaxınlşaması, xarici hərbi qüvvələrin Rusiyaya qonşu dövlətlərdə yerləşdirilməsi, Rusiyaya ərazi iddiaları göstərilir.Əsas daxili hərbi təhlükələr sırasına isə əhaliyə informasiya təsiri daxil edilib.
Qeyd edək ki, sənədə əsasən Rusiyanın hərbi gücdən istifadə etməsi hüququnu özündə saxlaması səbəbləri arasında xaricdə öz vətəndşalrını qorumaq haqqı da göstərilir.
Mənbə: ANS PRESS