Qadin.NET / Bütün dünya təyyarəni axtarır

Bütün dünya təyyarəni axtarır

 

Bütün dünya təyyarəni axtarır

İndoneziya "AirAsia" hava şirkətinə məxsus itmiş sərnişin təyyarəsinin axtarışını Yava dənizində davam etdirir.
ANS PRESS-in məlumatına görə, göyərtəsində 162 sərnişin olan Airbus təyyarəsi tufandan yan keçmək üçün dispetçerin icazəsini ala bilmədikdən sonra radarlardan yoxa çıxıb. İndoneizyanın Surabaya şəhərindən Sinqapura uçan QZ8501 nömrəli reysin qəzaya uğradığı güman edilir.
Sinqapur rəsmiləri bildirirlər ki, axtarış işləri üçün iki gəmi göndərilib. Artıq Avstraliyaya məxsus P3 Orion müşahidə təyyarəsi də axtarışa qoşulub. Cənubi Koreya da bir təyyarə göndərəcəyi barədə xəbər yayıb. Sinqapur isə 2 qırıcısını axtarışlara həvalə edib.
"AirAsia" şirkəti səhmlərinin 49 faizi Malayziya hökumətinə məxsusdur. Hadisədən sonra səhmlər 11 faiz ucuzlaşıb. Ucuz təyyarə biletləri satan şirkətin həmçinin Tayland və Filippində ofisləri var.
Rəsmilər bildirirlər ki, uçuşun səmtini dəyişmək üçün dispetçerin icazəsi hava məkanındakı nəqliyyat sıxlığı ilə bağlı gecikib.

 

Mənbə: ANS PRESS

29 dekabr 2014
GO BACK