İllinoys universitetinin alimləri dərman preparatlarını birbaşa beyinə yönləndirən texnologiya hazırlayıblar. Onlar jelatin kapsullarından istifadə etməyi təklif edirlər. Belə üsul insult qurbanları üçün vacibdir. Belə olanda müvəqqəti pəncərə geniş açılır və pasientə yardım etmək daha asan olur.Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, alimlər jelatin nanohissəciklərini iltihabı azaldan, insultdan sonra beyin hüceyrələrinin ölümünün qarşısını alan dərmanla örtüblər. Bu hissəciklər gematoensefalik həddi aşaraq birbaşa beyinə nüfuz ediblər.Ən yaxşı variant isə nanohissəciklərin sprey formasında buruna fısqırdılmasıdır.
Arayış üçün: İnsan insult keçirərkən, həkimlərin onu müalicə etməsi üçün cəmi üç saat vaxtları olur. Nanohissəciklər isə həmin müvəqqəti pəncərəni 6 saata qədər uzada bilir.
Mənbə: Milli.Az