Qadin.NET / Avropanı çovğun vurdu

Avropanı çovğun vurdu

Qərbi Avropa qar çovğununun əsirinə çevrilib.Milli.Az anspress-ə istinadən bildirir ki, Fransanın Alp dağları bölgəsində aramsız qar və yolların buz bağlaması ilə əlaqədar 15 minə yaxın maşın yollarda qalıb. Qış istirahət mərkəzlərinə aparan yollar bağlanıb. Ölkədə yaşanan əlverişsiz hava şəraiti ilə əlaqədar “narıncı” dərəcəli xəbərdarlıq elan olunub. Bu ölkədə fövqəladə vəziyyətlə bağlı ikinci dərəcəli həyəcan siqnalı sayılır.Fransa höküməti sürücüləri son dərəcə sayıq olmağa və avtomobillərdən zərurət olmadıqda istifadə etməməyə, səyahətə çıxmamağa çağırıb.Qar çovğunu həmçinin İsveçrənin bəzi hissələrini və Almaniyanin cənub-qərb bölgəsində müşahidə olunur.

Mənbə: Milli.Az

 

28 dekabr 2014
GO BACK