Aktyor Kristian Beylin baş rolda olduğu yeni film "Exodus: Gods and kings" (Çıxış: Allahlar və krallar) Misir kinoteatrlarında qadağan edilib.Axşam.Az-ın məlumatına görə, senzura komitəsinə görə, filmdə faktiki səhvlər və tarixi uyğunsuzluq var. Belə ki, filmdə piramidaların yəhudilər tərəfindən tikildiyi göstərilir. Digər səbəb isə dinə görə, Musa Peyğəmbərin möcüzə göstərmək üçün ikiyə böldüyü Qırmızı dəniz, filmdə zəlzələ nəticəsində iki yerə ayrılır. Misirin mədəniyyət naziri bildirib ki, film "tarixə sionistlərin baxışı"dır:"Bu film faktları dəyişdirərək göstərən bir sionist filmidir, tarixin yəhudilər tərəfindən necə göründüyünü təqdim edir, içində tarixi səhvlər çox olduğu üçün biz onun nümayişinə qadağa qoyduq".Mərakeşdə də filmin kinoteatrlarda nümayişi qadağan olunub.
Film ABŞ-da dekabrın 12-də nümayişə girərək 20 milyon dollardan çox kassa gəliri əldə edib. "Exodus: Gods and kings"in rejissoru Ridli Skot, ssenaristi isə Adam Kuper, Bill Kollac və Cefri Keyndir.
Qeyd edək ki, Azərbaycan kinoteatrlarında isə film yanvarın 1-dən nümayiş olunmağa başlayacaq.
Mənbə: Milli.Az