Qadin.NET / Kral ailəsində İŞİD təşvişi

Kral ailəsində İŞİD təşvişi

Böyük Britaniyanın kəşfiyyat xidməti İŞİD terror qruplaşmasının İkinci Yelizavetanın qvardiyasına hücum edə biləcəyi haqqında xəbərdarlıq edib.ANS PRESS-in məlumatına görə, Britaniya kəşfiyyat xidməti bir internet-yazışmanı ələ keçirib. Yazışmada kral ailəsinin üzvünü qaçırmağın çox çətin olduğunu bilən İŞİD terror qruplaşmasının qvardiya mühafizəçilərindən birini qaçırıb öldürmək niyyətində olduğu bildirilir. Terrorçular hərbçini öz ölkəsində öldürməyin daha güclü təhlükə siqnalı ola biləcəyini düşündükləri üçün belə etmək istəyirlər. 
Bundan başqa, terrorçuların hədəfi saray ətrafında olan sadə insanlar da ola bilər deyə polis insanları da ayıq-sayıq olmağa çağırır.
Terror təhlükəsi ilə əlaqədar kral ailəsinin mühafizəsində daha ciddi tədbirlər görülüb. Hətta bəzi qvardiya mühafizəçiləri öz duruş mövqelərini də dəyişiblər. Belə ki, mühafizəçilər əvvəllər sarayların xaricində - ümumi istifadə olunan küçədə dururdular. İndi isə onlar sarayların daxilində mühafizədə dururlar. Həmçinin bildirilir ki, qvardiya mühafizəçilərinə polisdən olan silahlı qarovul da kömək edəcək.

Mənbə: Milli.Az

28 dekabr 2014
GO BACK