Fransanın nüfuzlu “l'Equipe” nəşri 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunu elan edib.Qol.Az xəbər verir ki, keçirilmiş sorğunun nəticəsinə əsasən, ilin ən yaxşı oyunçusu adına “Bavariya” və Almaniya millisinin qapıçısı Manuel Noyerlayiq görülüb.
Qeyd edək ki, Noyer 2014-cü ildə dünya çempionu olub. “l'Equipe” versiyasında ikinci yeri Kriştianu Ronaldu (“Real Madrid”/Portuqaliya), üçüncü yeri isə Lionel Messi (“Barselona”/Argentina) tutub.
Xatırladaq ki, adları çəkilən bu üç oyunçu 2014-cü il üçün FİFA-nın “Qızıl top” mükafatına da namizəddir.
Mənbə: Milli.Az