Qadin.NET / Ərazilərimiz təmizlənir

Ərazilərimiz təmizlənir

 

Ərazilərimiz təmizlənir

Cəbhəyanı ərazilərin mina və digər partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, 2014-cü ildə Ağdam, Ağcabədi və Xocavənd rayonlarında 2.850.754 kvadratmetr ərazidə təmizləmə işləri aparılıb. 
Bu işlər Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin rəhbərliyi altında ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində iştirak edən “Dayaq” qeyri hökumət humanitar yardım təşkilatı tərəfindən aparılır.
Təmizləmə zamanı 7 ədəd tank əleyhinə mina, 71 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Mənbə: Milli.Az

 

28 dekabr 2014
GO BACK