Qadin.NET / Alkoqol immuniteti artırır

Alkoqol immuniteti artırır

 

Qış bayramları zamanı spirtli içki qəbul etmək elə də pis ideya deyil. Qərbli təbiblər iddia edirlər ki, spirt immuniteti artırır.
Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ilin soyuq fəsillərində spirtli içki bəzən vacib olur. Lakin bunun da həddini bilmək lazımdır. Həddini aşan alkoqol, sözsüz ki, zərərlidir.
Alimlər orqanizmin infeksiya və peyvəndə reaksiyasını yaxşılaşdırmaq istəyərkən belə bir nəticəyə gəliblər. Sınaqlar meymunlar üzərində aparılıb. 6 ədəd meymuna 14 ay ərzində tərkibində 4% alkoqol olan kokteyl veriblər. Bundan əlavə spirt verilməyən 6 ədəd digər meymun da eyni şəraitdə saxlanılıb. Alkoqol qəbul edən meymunların immuniteti daha güclü olub.
Alimlərin sözlərinə görə, artıq xəstələnən insanlara alkoqol yardım etmir. Yalnız virusun daha da çox yayılmasına kömək edir. Alkoqol bədəndə yerləşən bakteriya və viruslarla mübarizədə də yardımçı olmur.

Mənbə: Milli.Az

 

28 dekabr 2014
GO BACK