O, terrorçulardan gələn təhlükələrdən danışaraq bildirib ki, ora Avropa siyasətini yürüdən quldurlar yığılıblar. Bu təşkilat məhz Qərbin xüsusi xidmət orqanları tərəfindən yaradılıb, necə ki, vaxtilə Əfqanıstanda Sovet İttifaqına qarşı "əl-Qaidə" yaradıldı, Bin Laden ortaya atıldı. Bu qayda ilə onlar bu gün müsəlmanlardan istifadə edərək müsəlmanları öldürürlər.
Çeçen lideri vurğulayıb ki, İŞİD islama aid deyil, onlar dinə, şəriətə riayət etmirlər. Onlardan bizə təhlükə tamamilə yoxdur, əgər olarsa, qarşılarına çıxmağa hazırıq. Bizim xalqımız öz yolunu seçib."
Mənbə: ANS PRESS