Trend-in Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Akademik Elmi, Mədəni və Tədqiqat Mərkəzinin rəhbəri Həmidrza Təyyibideyib.
H.Təyyibi bildirib ki, dost və qardaş ölkə Azərbaycan sonsuzluğun müalicəsi üzrə İranın təcrübəsinə etimad edir: “Klinikada sonsuzluğun müalicəsi üzrə xidmətlər göstəriləcək və bu sahədə daha konkret tədbirlər üçün pasiyentləri İrana göndərəcəyik”.
Onun sözlərinə görə, Bakıda təsis olunacaq klinkadakı xəstələr İranda Akademik Mərkəzlə əməkdaşlıq edən istənilən xəstəxanaya göndəriləcək.
Qeyd edək ki, bundan öncə İranın Ərdəbil əyalətinin Elmi, Mədəni və Tədqiqat Mərkəzinin rəhbəri Əkbər Qasemi də İranın Biləsuvar sərhəd-keçid məntəqəsinin yaxınlığında sonsuzluğun müalicəsi üzrə ixtisaslaşdırılmış klinikanın fəaliyyət göstərəcəyini demişdi.