Qadin.NET / "Facebook" şəkilləriniz təhlükədə

"Facebook" şəkilləriniz təhlükədə

"Facebook" şəkilləriniz təhlükədə
Ən məşhur sosial şəbəkə olan "Facebook" istifidəçiləri təhlükədədir. "Facebook"a yüklədiyiniz fotolar heç ummadığınız saytlara düşə bilər. ANS PRESS-in məlumatına görə, "Facebook"un istifadəçilərin mesajlarını oxuyaraq, açar sözlərə görə istifadəçilər haqqında məlumatları reklam verənlərə satması ortaya çıxandan sonra sosial şəbəkənin başı bəlaya düşüb. Belə ki, hələ ötən il bunun fərqinə varan iki gənc adları və fotolarından icazəsiz istifadəyə görə məhkəməyə müraciət etməli olmuşdular. Daha sonra bu iddiaya daha biri qatıldı. Onların hər biri "Facebook"dan 10 min dollar tələb edirdilər. "Facebook" isə bu tədbiqin sözləşmədə yer aldığını və istifadəçilərin bununla razılaşdıqdan sonra sosial şəbəkəyə qatıldığını, lakin bir necə il sonra istifadəçilərdən icazə alınaraq reklam verildiyini qeyd edib. Məhkəmənin ilkin instansiyası sosial şəbəkəni haqlı görüb. Lakin daha üst instansiya iddianın daha detallı araşdırılmasına qərar verib. İndi bütün diqqətlər bu məhkəməyə dikilib. Əgər "Facebook"un istədiyi qərar çıxmasa sosial şəbəkə böyük miqdarda təzminat ödəməli olacaq. 

Mənbə: ANS PRESS

27 dekabr 2014
GO BACK