Dünyanın ən böyük əhali sayına sahib olan ölkəsi Yeni İli keçirməməyə qərar verib.ANS PRESS-in məlumatına görə, xristianların sıx şəkildə yaşaması səbəbilə “Çinin Qüdsü” adlandırılan Venzhou şəhərindəki
təhsil mərkəzlərində, məktəblərdə Yeni İl və Yeni İllə bağlı şənliklərin, tədbirlərin keçirilməsi qadağan edilib.
Açıqlamanın səbəbi məktəblərin Qərb adət-ənənələri yerinə öz milli ənənələrinə maraq göstərməsidir.
Şəhər nümayəndələri bu il xristianlara qarşı kampaniya təşkil ediblər, 400 kilsə yararsız hala gətirilib.
Çinin Şiməli-Şərq Universitetində isə tələbələri Yeni İl bayramı əvəzinə, Konfutsi sənədli filmini izləməyə məcbur ediblər.
“Ucuz Qərb bayramlarını qeyd etmək yerinə, ölkəmizə yararlı övlad olun” deyə yazılmış plakatlar universitet divarlarına asılıb.
Mənbə: ANS PRESS