Qadin.NET / Alimlər xolesterinin mədəyə təsirini izah etdilər

Alimlər xolesterinin mədəyə təsirini izah etdilər

 

Alimlər xolesterinlə zəngin pəhrizin nəyə görə mədədə iltihabi proseslərə səbəb olduğunu izah ediblər. Milli.Az-ın məlumatına görə, araşdırmaların nəticələri "Nature Communications" elmi jurnalında dərc edilib.
Qərbli insanların rasionları tez-tez mədə xəstəliklərinə gətirib çıxarır, lakin mədə pozuntuları ilə xolesterini əlaqələndirən konkret mexanizmlər hələ də sirr olaraq qalırdı.
Alimlər aşkar ediblər ki, xolesterinlə zəngin olan yeməyi qəbul etdikdən bir neçə saat sonra mədədə iltihabi proseslər başlayır. Bu da, ilk növbədə, xolesterinin mədədəki zülallarla bağlanır. Mədədə yaşayan mikroorqanizmlərin də rolu böyükdür.
On gün ərzində xolesterinlə zəngin qida qəbul etdikdən sonra qidanı aşağı doğru yönəldən əzələlərin funksiyası pozulur.

Mənbə: Milli.Az

 

27 dekabr 2014
GO BACK