Qadin.NET / Günün ulduz falı

Günün ulduz falı

 

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 
Qoç - Yaradıcı yanaşma tələb edən işlər üçün əlverişli zamandır. Enerjili olun, maraqlı ideyalarınızı dilə gətirməkdən çəkinməyin. Bacarıqlarınızı trivial olmayan yolla nümayiş etdirin. Olaylarla maraqlanan insanları tərəfinizə cəlb edin.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Durumu sakit şəraitdə, təmkinlə müzakirə edin. Problemin həllini izafi mübahisələr və mənasız söz güləşdirmə olmadan əldə etmək mümkündür.
Axşam saatlarında normal istirahət etməyə çalışın. 
Buğa - Ötənlərdəki qərarlarınızdan və ya əməllərinizdən birinin sonucu indi üzə çıxacaq. İşlərinizdə tələsməyin. Vurnuxmalara aldanmayın. Proseslər əhəmiyyətli dərəcədə əhvalınızdan asılıdır. Nikbin olsanız, vəziyyətdən bəhrələnə bilərsiniz.
Bədbinliyə qapılsanız, problemlər mərhələsi davam edəcək.
Günün ikinci yarısında şəxsi münasibətlərdə hər şeyə yenidən başlamaq istəyəcəksiniz. Amma bilin ki, mərmi bir dəfə düşdüyü yerə ikinci dəfə düşmür. Dəyər verdiyiniz insanlarla münasibətlərdəki mövcud çətinlikləri aradan qaldırmaq üçün çalışın. 
Əkizlər - Nə qədər yüksəlsəniz, uçmağı bilməyənlər üçün bir o qədər kiçik görünəcəksiniz. Bu səbəbdən vaxtınızı mənasız söhbətlərə və səbəbsiz işlərə sərf etməyin. Təcili işləri yarımçıq qoymayın. Çoxdan bəri başladığınız işi tamamlayın.
Günün ikinci yarısında texnika və avadanlıqda problemlər yarana bilər. Qeyri-adi həllərə, standart olmayan situasiyaya hazır olun.
Yaxınlarınız arasında birisi sizə qarşı əsassız irad və ya ittiham irəli sürəcək. Yaşananları ürəyinizə salmayın. Bir qədər keçəcək, o insan səhv etdiyini anlayacaq. 
Xərçəng - Günün ilk yarısında dəqiq fəaliyyət planı tərtib etmək asan deyil. Şəraitdəki nüanslar dəyişikliklər zərurəti yaradacaq. İmprovizə qaçılmazdır. Situasiyadan çıxış yolu üçün asan olmayan yollar arayın.
Günün ikinci yarısında uzaq səfərə yollanmayın. Sükan arxasında çox vaxt keçirməyin. Yaxşı tanımadığınız insanlarla söhbətlərdə etiraflara yol verməyin. Dəyər verdiyiniz insanlarla biliklərinizi paylaşın. Axı öyrətmək iki dəfə öyrətmək deməkdir. 
Şir - Günün ilk yarısında qıcıqlı və ya emosional davranış münasibətlərdə gərginlik yarada bilər. Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olun. Düşünülməmiş sözlərin hansı fəsadlar yarada biləcəyini təxminləməyi bacarın.
Məsləhət vermək asan, örnək olmaq çətindir.
Günün ikinci yarısında ən kiçik problem aqressivlik yaratmasın. Əks təqdirdə işdə həmkarlar və ya işgüzar tərəfdaşlarla təmaslarda problemlər qaçılmazdır.
Kənardakı problemləri evə daşımayın. Sözlərinizə və əməllərinizə ciddi fikir verin. Sevdiyiniz insanların qəlbini qırmayın. 
Qız - Asılı oldğunuz insanla əlaqələri kəsməyi düşünürsünüzsə, "ehtiyat aerodrom"unuz, problemlərlə üzləşəcəyiniz zaman üçün hesablanmış planınız olmalıdır. Tərəfdaşlarla birlikdə çalışmaqda xeyir var.
Günün ikinci yarısında planları sürətlə və bitkin şəkildə həyata keçirmək şansı azdır. Amma ruhdan düşməyin, sonuca çatmaq üçün gərəkli bildiyiniz addımları atın.
Axşam saatlarına yaxın ailə üzvlərinizi sürprizlə sevindirə bilərsiniz.
Yaxınlanınızla ünsiyyətdə harmoniyanı qoruyun. 
Tərəzi - Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, gününüz uğurlu alınacaq. Bilin ki, paylaşılan sevinc ikiqat olur, paylaşılan dərd isə yarıbayarı azalır. Dürüst qərarlar sayəsində daha ciddi nailiyyətlər əldə edə bilərsiniz. Bütün işlərə eyni vaxtda başlamayın. Problemləri tədricən, dalbadal həll edin.
Günün ikinci yarısında qətiyyətli və iradəli olun. Axşam saatlarını dəyər verdiyiniz insanlarla, yaxınlarınızla keçirin. Maraqlandığınız şəxslə əlaqələri yaxşılaşdırmaq üçün irəliyə doğru addım atın. 
Əqrəb - Ambisiyalarınız karyera müstəvisində irəliləyiş tələb edirsə - aktivləşin, daha fəal olun. Təxribatlara uymayın. Sizi dilə tutanlara, vədlər verənlərə aldanmayın. Peşəkarlıq baxımından inkişafınıza mane olan insanları rədd edin.
Doğrudur, savaşın yaxşısı, sülhün pisi olmaz. Amma bəzi mənəviyyatsızlara yerini göstərmək zamanı çatıb.
Günün ikinci yarısında qərarlarınızı müstəqil qəbul edin. Uğurların qiyməti dəyər verdiyiniz insanla münasibətlərin pisləşməsi ola bilər. Ailədə normal mühiti qorumaq üçün bitib-tükənməyən özünütənqid və təhlildən kənarlaşın. Axşam saatlarını yaxınlarınızla ünsiyyətə həsr edin. 
Oxatan - Günün ilk yarısından etibarən aktiv olsanız, işlərinizdə irəliləyişlərə nail olacaqsınız. Səhər saatlarında mühüm xəbərlər alacaqsınız. O xəbərlərdən biri işlərin tempini və istiqamətini müəyyənləşdirəcək.
Yarımçıq işləri başa vurun. Rəqiblə qarşılaşmaqdan, mövqelərinizi qorumaqdan çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatları ailəvi tədbirlər üçün pis deyil. Gəzintiyə və ya səyahətə çıxmaq olar. Qohumlarla, dostlarla birlikdə olun. 
Oğlaq - Başqalarının əməllərindən və ya təcrübəsindən yararlanmaq üçün yaxşı imkanlar yaranıb. Əsas məsələ odur ki, maraqlarınıza cavab verməyən hadisələrin bilavasitə iştirakçısına çevrilməyin. Kənar müşahidəçi olaraq qala bilərsiniz. Mənasız risklərə yol verməyin, qumara qatılmayın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin.
Gün ərzində qüvvənizi dürüst paylaşsanız, axşam saatlarını dostlarla keçirmək və ya vaxtınızı ailə qayğılarına ayırmaq imkanlarına sahib olacaqsınız. Romantik hisslər istisna deyil. 
Dolça - Yetərincə narahat, laübalı gündür. Təlatümlü proseslərin axarına düşərək yönsüz irəliləyişlərə yol verməyin. Problemi danışıqlar və ya müzakirələrlə həll etmək mümkün deyilsə, radikal, sərt addım atın.
Günün ikinci yarısında yaxınlarınızdan biri ilə münaqişə riski yaranacaq. Axşam saatları olaylarla zəngindir. Qüvvələrinizi bərpa etmək üçün istirahətə ehtiyacınız var.
Balıqlar - Başqalarının münaqişələrinə qatılmayın. Yadların problemlərini həll etməyə çalışmayın. Sakit gündən maksimum dərəcədə bəhrələnməyə can atın. Texniki vasitələrdən yararlanaraq məqsədə doğru irəliləyin.
Günün ikinci yarısında təəssüf hissi yaradacaq itki və ya xərclər ola bilər. Qohumlar və dostlarla münasibətləri korlamayın. Sevdiyiniz insanın dəyərini bilin.
Ailədəki problemi çətinlik çəkmədən həll edə bilərsiniz.
Mənbə: Milli.Az

 

27 dekabr 2014
GO BACK