Dünyada ən sürətli ev interneti Minneapolis şəhərində işə salınıb.
Minnetonka provayderi şəhərdə təxminən 30 min ev üçün xidmət göstərir və bu günlərdə istifadəçilərə 10 Qb/s sürətinə keçidə imkan verən yeni tarif təklif edib. Tarifin qiyməti aylıq 400 dollar təşkil edir.
Milli.Az ICTnevs-a istinadən bildirir ki, bu tarifə qoşulmaq istəyənlərin sayını proqnozlaşdırmaq çətindir, amma aydındır ki, 1 QB/s-lik tarifdən istifadə edən istifadəçilərin sayından aşağıdır. 1 QB/s-lik tarifin qiyməti aylıq 65 dollar təşkil edir.
Minnetonka provayderində ən geniş yayılmış tarif 100 MB/s üçün aylıq 45 dollardır.
Müqayisə üçün, cari ilin ortalarında ən yüksək internetə qoşulma sürəti Cənubi Koreyada qeydə alınıb.
Mənbə: Milli.Az