Qadin.NET / "Şaxta baba", yoxsa "saxta baba"?!

"Şaxta baba", yoxsa "saxta baba"?!

 

Uşaq baxçasında Şaxta babanı çox gözləyərdik. “İndi gələcək, bizə hədiyyə gətirəcək.” Yolkaların da, çubuğun da sehirli olduğuna inanardıq. “İndi Şaxta baba yolka ağacının işıqlarını öz sehirli çubuğu ilə yandıracaq.” Sonradan bilərdik ki, Şaxta baba filan baxça yoldaşımızın atası imiş.
Zaman keçdikcə bu uşaq sevinclərimiz də saxtalıqlar içərisində saxtalıqlara söykənməyə başladı. Daha “Şaxta baba”lar uşaqları sevindirmək üçün yox, bir həftəlik iş, çörək yeri üçün həmin “Şaxta”, əslində isə “Saxta baba” vəzifəsini seçdilər. Hələ burasını da deyim ki, bəzi vaxtlar Şaxta baba vəzifəsində iş tapa bilməyən qızlar da olur. Pullu valideynlər pul verib Şaxta babanı muzdur kimi evə gətirir, oynadır, axırda da yola salırlar. Şaxta babanın uşaqlara verə biləcəyi sevinc payı isə alacağı muzddan asılı olur…
Əslində, “Şaxta baba”; “Yolka” hadisəsi bir tarixi ilahi möcüzənin təhrif olunmuş xatirəsidir. Oxuduqlarıma görə (səhv edərəmsə, ilahiyyatçılardan üzr istəyirəm) Həzrət Məryəm xanım (s.ə) İsanı (ə) dünyaya gətirdikdən sonra Yolka ağacının dibində oturur. Yeməyə bir şeyi olmur. Bu zaman Yolka ağacında İlahi tərəfindən möcüzə olaraq müxtəlif meyvələr yetişir. Mütəal-Allah bir daha sübut etmək istəmişdir ki, heç bir yeməli meyvəsi olmayan yolka ağacında müxtəlif yeməli meyvələr yetişdirərəm.
Bəlkə də, Şaxta baba xristian aləmində simvolik olaraq ilahi təcəlla, yolka ağacı Həzrət Məryəm xanımın (s.ə) altında oturduğu hansısa ağac, Şaxta babanın “sehirli” çubuqla Yolkada yandırdığı oyuncaqlar İlahinin Həzrət Məryəm xanıma (s.ə) bəxş etdiyi möcüzəli məyvələrdir. Məsum uşaqlar da Həzrət Məryəm (s.ə) və İsadır (ə). Özlərini yaxşı aparsalar, yolka yanacaq və hədiyyə götürəcəklər. Eynilə Məryəm xanım (s.ə) kimi. Sınaqdan üzüağ çıxdı və görünməmişmöcüzə ilə üzləşdi.
Eh... deyəsən çox getdim. Son olaraq, üzümü tuturam Yeni təqvim ilini, İsanın (ə) mövludunu qeyd edən əziz xalqıma. Bu gözəl mərasimi Allaha dualarla, ibadətlərlə keçirək. Allahın düşməni olan şeytanın şərablarına “yox” deyək. Yoxsa ki, partlatdığınız şampanların ən böyük partlayış səsi Qiyamətdə olacaq.

Mənbə: Mili.Az

 

26 dekabr 2014
GO BACK