İnsanların sağlam yaşayışı təbiətlə bağlıdır.
Təbii sərvətlərin, xüsusilə yaşıllığın qorunması, onun daha da zənginləşdirilməsi, ümumi desək, hamımızın borcudur. Təbiət bəşər övladının evidirsə, ona laqeyd, biganə yanaşmaq olmaz. Həyat şəraiti yaxşılaşdıqca, iqtisadiyyat ildən-ilə inkişaf etdikcə təbiətə müdaxilələr də artır. Yeni yolların çəkilişi, istehsal sahələrinin tikintisi zamanı ana təbiəti qorumaq məsələsinə xüsusilə həssas yanaşmaq lazımdır. Təəssüf ki, bəzən ayrı-ayrı insanlar tərəfindən təbiətə qəsd edilməsi hallarına rast gəlirik.
Kürqırağı Tuqay meşələrində bəzən quru ağaclarla yanaşı, cavan ağacların qırılması hallarına da yol verilir. Əlbəttə, belələri cərimələnir, lakin ərazisi böyük, nəzarətçilərin sayı isə azdır. Məsələn, Türyançay Dövlət Təbiət Qoruğu 22 min 488 hektar ərazini əhatə edir. Qoruq qərbdə Əlican çaydan başlayıb, şərqdə Göyçay çayında qurtarır. Ərazinin qərbdən şərqə doğru uzunluğu 60 kilometr, eni isə 3-10 kilometrə çatır. Bir faktı da qeyd etmək lazımdır ki, 1 hektar ardıc meşəsi 10-15 min əhalisi olan sənaye şəhərinin havasının təmizlənməsi üçün kifayətdir. Bu yaxınlarda qoruqda təbiətə qəsd etmək istəyən 4 nəfər şəxs cərimələnib.
Son illər respublikamızda ikitərəfli yolların çəkilişi xeyli genişləndirilib. Əlbəttə, yolları iqtisadiyyatımızın qan damarları adlandırırlar. Rahat yol abadlıq, inkişaf deməkdir. Lakin yolun çəkildiyi ərazilərdə qurumuş ağacların kəsilməsi ilə yanaşı, cavan şam, küknar ağaclarının digər sahələrə köçürülməsinə də diqqətlə, məsuliyyətlə yanaşılmalıdır. Ağdaş rayonunun Əmirarx kəndinin sakini Məcnun Bayramov kəsdiyi ağacın qol-budağını doğrayırdı. “Mənim payıma düşən budur”,-dedi: “Sobada, təndirdə yandırmaq üçün doğrayıram”.
Kənd sakini mühüm məsələyə toxunmuşdu. Bir çox kəndlərimiz hələ də mavi yanacaqla təmin olunmadığından insanlar meşələrə üz tutmalı olurlar. Belə vəziyyət Ağdaşın Kürqırağı kəndləri üçün daha xarakterikdir. Təbiəti sevmək isə həm də insanlığı sevmək, sağlamlığı qorumaq deməkdir.

Mənbə: Milli.Az