Qadin.NET / Xaçmazlı MMA döyüşçüsü dünya çempionu oldu

Xaçmazlı MMA döyüşçüsü dünya çempionu oldu

Ukraynanın Xarkov şəhərinin ev sahibliyi etdiyi “MMA” və “Uşu Sanda“ üzrə böyüklər arasında dünya çempionatına yekun vurulub. Milli.Az Region TV-yə isitnadən xəbər verir ki, 29 ölkədən 350 idmançının qatıldığı yarışda millimiz 4 idmançı ilə təmsil edilib. Yığmamızın ən yüksək nəticəsini iki növ üzrə Azər Baxışov göstərib. İdmançımız “MMA” üzrə 50 kq-da I yer, “Uşu-Sanda” üzrə isə 52 kq-da II yerə layiq görülüb. Xaçmazlı idmançı yarışda daha bir nominasiya üzrə qalib olub. Azər Baxışov Dünya çempionatının ən cəld idmançısı seçilib. Döyüşçümüz dünya birinciliyi ilə yanaşı, daha öncə Avropa çempionatının gümüş mükafatçısı və müxtəlif beynəlxalq turnirlərin qalibi olub. Azər Baxışov Xarkov turnirində gələn il İspaniyada təşkil olunacaq dünya kəməri uğrunda mübarizəyə vəsiqə qazanıb.

Mənbə: Milli.Az

26 dekabr 2014
GO BACK