Rusiya telekanallarında xarici mahnıların səsləndirilməsinə qadağa qoyula bilər. Milli.Az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının Liberal Demokrat Partiyasından (LDPR) olan deputatı belə bir qanun layihəsi hazırlayıb. "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində vurğulanır ki, televiziya və radioda xarici dildə mahnılar məhdudlaşdırılsın.
Deputat Aleksey Didinko təklif edir ki, efir vaxtının yanız 15%-i qeyri-rus dilində ifalara sərf edilsin. Qanun layihəsidə keçmiş SSRİ ölkələrinin dilləri xarici dil kimi qəbul edilmir. Bu səbəbdən də Azərbaycan dili də daxil olmaqla, 15 SSRİ ölkəsində işlənilən dillər qadağa siyahısına düşmür.
Mənbə: Milli.Az