Qadin.NET / Hava xəbərdarlığı

Hava xəbərdarlığı

Hava xəbərdarlığı
Azərbaycanda hava xəbərdarlığı edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, respublikanın əsasən dağlıq, dağətəyi rayonlarında və Abşeron yarımadasında hava dəyişəcək. Dekabrın 28-də arabir güclənən cənub-qərb küləyi dekabrın 28-i axşam, 29-u gecə və səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Qeyd edək ki, Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq. 

Mənbə: ANS PRESS

26 dekabr 2014
GO BACK