Qadin.NET / Bakının təzə avtobuslarında gözləmədiyimiz yenilik

Bakının təzə avtobuslarında gözləmədiyimiz yenilik

 

Bakıda yeni istifadəyə buraxılmış avtobuslarda itlər üçün də yer var. 
Milli.Az "qafqaz.info"ya istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə olan bu qayğıkeşlik məşhur aktyor İlqar Cahangiri təəcübləndirib. Məsələdən xəbərsiz olan aktyor səhvən avtobusda itlər üçün nəzərdə tutulmuş yerdə oturub. İ. Cahangir bu haqda yazıb:“65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim, siftə edim. Qalxıb oturdum. Gördüm, üzbəüz oturanlar, solda duranlar mənə baxırlar. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə, ona görə baxırmışlar”.

Bakının təzə avtobuslarında gözləmədiyimiz yenilik

 

26 dekabr 2014
GO BACK