Qadin.NET / 17 dərəcə isti olacaq

17 dərəcə isti olacaq

17 dərəcə isti olacaq
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilirEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq. Bölgələrdə gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Mənbə: ANS PRESS

26 dekabr 2014
GO BACK