Qadin.NET / "Qalatasaray"dan transfer bombası

"Qalatasaray"dan transfer bombası

 

"Qalatasaray"dan transfer bombası

"Qalatasaray" klubu "Arsenal"ın ulduz futbolçusunu heyətinə qatmaq istəyir.ANS PRESS-in məlumatına görə, belə bir iddia İngiltərə mətbuatında yer alıb. İddiaya görə, "Qalatasaray" baş məşqçisi dövrə arasında sürpriz bir transferə imza atmağa hazırlaşır.
"Qalatasaray" mövsüm əvvəlində çox çalışıb gerçəkləşdirə bilmədiyi transferi həyata keçirəcək. İstanbul təmsilçisi Futbol üzrə Dünya Çempionatında Kosta Rikadakı çıxışı ilə diqqət çəkən Kampbelli yenidən gündəminə alıb. 
"Arsenal" baş məşqçisi Arsen Vengerin təzyiqi səbəbilə klubda qalan futbolçunun son oyunlardakı çıxışı onun haqqındakı fikrləri dəyişib. 
Kampbellin milli komandadakı müvəffəqiyyətli çıxışını London klubunda təkrarlaya bilməməsi futbolçunun bir anda gözdən düşməsinə səbəb olub.

 

Mənbə: ANS PRESS

26 dekabr 2014
GO BACK