"Washington Post" yazır ki, Facebookda fəal olan 114 yaşlı nənə dekabrın 24-də vəfat edib.Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, 114 yaşlı Anna Stoehr bir il əvvəl media başlıqlarına düşmüşdü. Onun 113 yaşı olanda qərara gəlib ki, Facebookda səhifə açmağın vaxtıdır.Ancaq bu vaxt problemlə üzləşib: Facebookun standart qeydiyyat səhifəsində doğum tarixinə qoyulan ən tez vaxt 1905-ci ildir. Yəni, ən çoxu kimsə 1905-ci ildə anadan olduğunu yaza bilər. Buna görə Stoehr öz həqiqi ad gününü - 1900-cü ili yazmaq üçün tanışı vasitəsilə Facebook-a xüsusi müraciət göndərməli olmuşdu.Stoehrin sonuncu doğum günündə Facebook ona gül dəstəsi göndərmişdi.Stoehr ABŞ-ın Minnesota ştatının Plainview şəhərciyində yaşayırdı. O, Facebooka öz mini İPad-ı ilə daxil olurdu.
Mənbə: Milli.Az