Qadin.NET / Smartfonla çəkilən fotolar harada saxlanır?

Smartfonla çəkilən fotolar harada saxlanır?

 

Suite 48 Analytics tədqiqat şirkətinin araşdırmasına əsasən, smartfon istifadəçilərinin təxminən 50 faizi qurğunun köməyi ilə çəkilmiş fotoşəkilləri yadda saxlamaq üçün bulud saxlancından istifadə edirlər.Milli.Az İCT nevs-a istinadən bildirir ki, bulud saxlancından istifadəyə müxtəlif səbəblər göstərilib. Ən populyar cavab ehtiyat surətinin saxlanılması olub. 43 faiz hallarda bulud saxlancından belə məqsəd üçün istifadə olunur. 28 faiz hallarda fotoşəkillər uzaq serverlərdə ona görə saxlanılır ki, onlar bir neçə qurğuda baxış üçün əlçatan olsun. Populyarlığına görə üçüncü cavab qurğunun daxili yaddaşını təmizləmək arzusudur.

 

Suite 48 Analytics rəyi soruşulmuşların istifadə etdiyi üç ən populyar bulud xidmətini qeyd edib: Google Drive (populyarlıq dərəcəsi 30 faiz), Dropbox (29 faiz) və Apple iCloud (22 faiz).
Suite 48 Analytics tədqiqat şirkəti, həmçinin smartfon istifadəçilərinin bulud texnologiyasına etibarsızlığının iki əsas səbəbini təyin edib: təhlükəsizliyin təminində problemlər və belə xidmətlərdən istifadənin üstünlüklərini başa düşməmək. 
Mənbə: Milli.Az
26 dekabr 2014
GO BACK